Dövlət Ekoloji Ekspertiza Agentliyi ictimai dinləmə keçirəcək. Sumqayıt24 bu haqda 22 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Məqsəd Sumqayıt şəhəri və Abşeron rayonu üzrə tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılmasıdır.
Hazırda həyata keçirilən və keçirilməsi nəzərdə tutulmuş layihələrdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər KİV, QHT və maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə ediləcək. Əlavə məlumat üçün əlaqə nömrəsi: (055) 900-55-56.
Tarix: 24 noyabr.
Vaxt: 15:00.
Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti, 10).