Sumqayıtda elektrobuslar yığılacaq. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), Çinin “BYD Company Limited” (BYD) və “SARDA Group”a məxsus “Electrify Azerbaijan” arasında anlaşma memorandumu imzalanıb.
Layihəyə əsasən, ölkəmizdə “BYD” şirkəti ilə elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrinin istehsalı nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində 5 hektar torpaq sahəsində zavodun tikilməsi planlaşdırılır. Burada ildə 150-200 ədəd elektrobus istehsal olunacaq. Zavod daxili tələbatı qarşılayacaq və Azərbaycanın ixrac potensialını artıracaq.