Sumqayıtda məktəbli faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda 6 iyul tarixində Sumqayıt24 məlumat verir.
Hadisə 1-ci mikrorayonda yerləşən mənzillərin birində olub. Evdə tək olan 12 yaşlı Zəhra İbrahimovanın üzərinə qapının şüşəsi düşüb. O, qanaxmadan həyatını itirib.
Z. İbrahimova M. Füzuli adına 15 nömrəli məktəbin 5-ci sinif şagirdi idi.