Kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək. Sumqayıt24 bu haqda 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yoxlama Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılacaq. Goradil - Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi istiqamətində gəmilərə hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri baxılacaq.
Əlaqə telefonları: (012) 512-17-09; (012) 512-17-47.
Qeyd edək ki, günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümündə texniki baxışlar qismən məhdudlaşdırıla bilər.