Qusar Dövlət Ləzgi Dram Teatrı şəhərimizdə qastrolda olub. Sumqayıt24 bu haqda 8 dekabr tarixində xəbər verir.
Kollektiv Sumqayıt teatrsevərlərinə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Şaik Qardaşovdur.