QİÇS ilə Mübarizə Mərkəzi Sumqayıtda İİV-nin erkən aşkarlanması ilə bağlı aksiya keçirib. Bu haqda 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Aksiya 1 saylı “ASAN Xidmət” mərkəzində baş tutub. Həkim briqadası İİV/QİÇS-nin erkən aşkarlanması məqsədilə müayinələr götürüb. Bundan əlavə, vətəndaşlara xəstəliyin yoluxma yolları, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib.