Sumqayıtda istehsal olunan karbamidin İspaniyaya ixracına başlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Kimya Sənaye Parkının saytına istinadən xəbər veririk.
Sözügedən məhsul, Parkın rezidenti olan Karbamid zavodunda istehsal olunur. Məlumata görə, məhsul istehsalının həcmini artıran zavod, ilkin mərhələdə İspaniyaya 4 min tondan çox məhsul göndərib.
Qeyd edək ki, bu günədək Karbamid zavodu tərəfindən 293 milyon manatlıq satış həyata keçirilib. Bunun 86%-i “Made in Azerbaijan” brendi adı ilə Brazilya, Ruminya, İtaliya, Albaniya, Bolqarıstan, Türkiyə, Rusiya, BƏƏ və s. ölkələrə ixrac olunub.