Sumqayıtda küçə ticarəti ilə məşğul olan şəxslər ətraf mühiti çirkləndirirlər.
Sakinlərin Sumqayıt24-ə verdiyi məlumatına görə, 34-cü məhəllə, bina 48/2 ünvanında mütəmadi olaraq antisanitar vəziyyət yaranır. Ərazidə məişət tullantılarının qalaqlanma halları müşahidə olunur. Bununla yanaşı, satılmayan və xarab olan meyvə-tərəvəz məhsulları adıçəkilən məhəllənin həyətinə tökülür.
“Demək olar ki, hər gün eyni vəziyyətlə üzləşirik. Artıq təngə gəlmişik. Məhəlləyə çıxmaq olmur, çürümüş meyvə-tərəvəzlər, istifadə olunmuş qutular yerə səpələnib. Görəsən, nə vaxt burada da təmizlik yaranacaq?” - deyə şikayətçilər əlavə ediblər.