Sumqayıtda məktəb yenidən təşkil edilir.
Sumqayıt24 xəbər verir ki, 37 nömrəli məktəb fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcək.
Məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun sosial-psixoloji mühit yaratmaqdır.
Məktəbdə dərslər təmayül tədris planları əsasında keçiriləcək. Tədris prosesinə yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət cəlb olunacaq.
Şagirdlərin qəbul qaydaları və digər zəruri məlumatlar Abşeron - Xızı Regional Təhsil İdarəsi tərəfindən açıqlanacaq.