Sumqayıt şəhərində minik avtomobili alovlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti bu gün, 5 fevral tarixində məlumat yayıb.
Məlumata əsasən, hadisə Corat qəsəbəsində baş verib. Burada “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər yaxınlıqdan keçən kommunikasiya xətlərini yanğından mühafizə edə biliblər.