Sumqayıt ərazisində mövcud və yeni qeydə alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin hazırki durumunu müəyyənləşdirmək üçün buraya dosentlər göndərilib. Sumqayıt24 bu haqda Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir.
“Dövlət Proqramı” çərçivəsində ölkə ərazisində dövlət qeydiyyatına alınmış bu cur abidələrin yeni siyahısının tərtib və təsdiq edilməsi istiqamətində işlər davam etdirilir. Bu səbəbdən, Akademiyanın dosentləri Səfər Aşurov və Mikayıl Mustafayev şəhərimizə, həmçinin Xızı və Siyəzən rayonlarına ezam olunublar.
Onlar, burada olan abidələrin saxlanılma vəziyyəti, dövrləri və əhəmiyyətlilik dərəcələrini müəyyən edəcəklər.
Qeyd edək ki, bu proses respublikanın bütün bölgələri üzrə mərhələli şəkildə həyata keçiriləcək.