Sumqayıtda ödənişsiz dərmanla təmin olunan qazilərin sayı müəyyənləşib. Bu haqda 22 noyabr tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hər ay mərkəzi aptek 48 nəfər qazini bütün psixoaktiv preparatlarla təmin edir.
Qeyd edək ki, ötən ilin fevral ayından bu günə kimi 5390 nəfər qazi, onların ailə üzvləri, şəhid ailə üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərilib. Onlardan 1193 nəfəri şəhid ailələrinin üzvləridir.