Peşə Təhsil Mərkəzində “Mövzu – Qarabağ” adlı “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib. Bu haqda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
“Səma” komandası 1-ci, “Şuşa” komandası 2-ci, “Mübarizlər” komandası isə 3-cü yerə layiq görülüblər. Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunublar.
Yarışma Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.