Ölümlə nəticələnən qəzanın dəhşətli detalları bəlli olub. Sumqayıt24 bu haqda 27 dekabr tarixində xəbər verir.
Hadisə H.Z. Tağıyev qəsəbəsində baş verib. Vüsal Xangəldiyev "Ford Transit" markalı yük maşını ilə yolu keçən 66 yaşlı Oruc Osmanovu vurub. Xəsarət alan piyada yolun ortasında qalıb. Təxminən yarım saat sonra Elşən Cəfərov adlı şəxs “QAZ 31”-lə təkrarən Osmanovu vurub. Bu dəfə kişi yerindəcə ölüb.
Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.