Sumqayıt şəhərində iki minik avtomobili toqquşub. Bu haqda Sumqayıt24 bu gün, 7 mart tarixində xəbər verir.
Məlumata əsasən, qəza Babək küçəsində baş verib. Burada “LADA” markalı minik avtomobili “Mercedes” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Maşınlara ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib.