Sumqayıtda bədbəxt hadisə baş verib.
Sumqayit24.az-ın məlumatına görə, 20-ci məhəllədə yaşayan 30 yaşlı Ülkər Rəhimova hamam otağında olarkən dəm qazından zəhərlənib. Zərərçəkən dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.