Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
Məlumata görə, 1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Cavanşirli Ehtiram Cavanşir oğlu idarə etdiyi "Toyota Prius markalı avtomobillə Quba-Bakı yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində hərəkətdə olarkən piyada 1969-cu il təvəllüdlü Məmmədov Arif Hüseynqulu oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mənbə: Report.az
***
Bakı-Quba magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, yolu keçmək istəyən kişini "Toyota Prius" markalı minik avtomobili vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Şəmistan Fikrətli