Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə Bakı küçəsində, Sumqayıt Avtovağzalının qarşısında qeydə alınıb.
Belə ki, kərpic yüklənmiş yük avtomobili geriyə hərəkət edərkən 7 nömrəli sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində ərazidəki digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti çətinləşib və tıxac yaranıb.
İlkin məlumata əsasən, qəza zamanı xəsarət alan olmayıb və hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.