Sumqayıtda Vətən müharibəsi şəhidi mayor Taleh Kərimovun doğum günü ilə əlaqədar “Qısa ömrün səhifəsi” adlı xatirə gecəsi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 14 mart tarixində AZƏRTAC-a istinadən xəbər verir.
Tədbir Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub. Gecənin bədii hissəsində Əməkdar artist Rauf Ağakişiyev, gənc şair Elvin Əlizadə şeirlər söyləyiblər, R. İdrisoğlu isə şəhidin adına bəstələdiyi mahnısını ifa edib. Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin Kəşfiyyat bölməsinin rəisi Elvin Dadaşov, Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi və şəhid ailələri işinin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin şöbə müdiri polkovnik Mehman Əliyev, nazirliyin əməkdaşı Elvin Dadaşov, şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, şəhidin döyüş yoldaşları və həyat yoldaşı Nəzakət xanım iştirak ediblər.