“Fantaziya” səyyar sirki Sumqayıta gələcək. Sumqayıt24 bu haqda 26 dekabr tarixində xəbər verir.
Sirkdə Ukrayna, Qazaxıstan, Moldova və Özbəkistan artistləri iştirak edəcəklər. Proqrama hava gimnastlarının çıxışları, akrobatlar, klounlar, illüzionistlər, jonqlyorlar, halqalarla oyun və digər müxtəlif şənliklər daxildir.
Tədbir 30 dekabr - 30 yanvar tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Seanslar saat 11:00 / 15:00-da başlayacaq. Qiyməti 10 (zal) və 15 manat (loja) olan biletləri kompleksə yaxınlaşaraq almaq mümkündür.
Əlaqə: (055) 312-99-12 / (050) 742-49-52.