"STP Global Cable" MMC-nin ixracatı artıb. Sumqayıt24 bu haqda 1 dekabr tarixində xəbər verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında şirkət 31,1 milyon dollarlıq məhsul ixrac edib.
Hesabata əsasən, "STP Global Cable" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 6-cı yerdədir.
Qeyd edək ki, göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26,4 milyon dollar, yəni 6,6 dəfə artıb.