“STP Global Cable” şirkəti yüksək göstəricilər əldə edib. Sumqayıt24 bu haqda 29 dekabr tarixində xəbər verir.
Elektrik avadanlıqları, Sinkləmə və Kabel zavodları il ərzində 100 milyon manatdan çox ümumi satış dövriyyəsi həyata keçirib.
Qeyd edək ki, sözügedən şirkət xarici ölkələrin neft hasilatçıları ilə sıx əməkdaşlıq edir. Burada ilk sınaq üçün məhsul istehsalına başlanılıb. Sözügedən xarici müəssisələr dünya üzrə tanınmış neft hasilatçılarıdır. “STP Global Cable” onlara məhsulların ixracatını həyata keçirməyi planlaşdırır.