Sumqayıtda “Vətənini Tanı” layihəsi keçirilib. Bu haqda bu gün, 18 aprel tarixində Sumqayıt24 Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir.
Məlumata əsasən, “Azərbaycan və Türk tarixinin mədəni irsinin dünyada təbliğ olunması” adlı konfrans-görüşdə rəsmi şəxslər, şəhər ziyalıları və gəncləri, şəhid ailələri iştirak ediblər. Tədbirin əsas qonağı Begegnungsstube Medina e.V. Almaniya "Türk tarixi və Mədəniyyətləri" muzeyinin direktoru, tarixçi Cemalettin Özdemirdir.
Özdemir bildirib ki, Azərbaycana, Qarabağa aid müxtəlif eksponatlar, hər bir rayon üzrə şəhidlərin şəkilləri, həmçinin general-mayor Polad Həşimovun xalça üzərində işlənilmiş şəkli muzeydə sərgilənir.