Sumqayıt şəhərində tülkülərin sayının artdığı müşahidə olunur.
Bu barədə Sumqayit24.az-a sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, son vaxtlar şəhərin müxtəlif ərazilərində, xüsusilə də 19-cu məhəllədə tülkülərə daha tez-tez rast gəlinir.
Sakinlər bildirirlər ki, heyvanlar indiyədək heç kimə zərər verməsələr də, onların yaşayış məntəqələrində görünməsi bəzi vətəndaşlarda, xüsusilə də uşaqlarda narahatlıq yaradır.
"İstəyirik ki, onlara heç bir zərər vurulmadan ərazidən uzaqlaşdırılsınlar", - deyə sakinlərdən biri qeyd edib.