Sumqayıtda azyaşlının köməyə ehtiyacı yaranıb. Sumqayıt24 bu haqda 28 dekabr tarixində xəbər verir.
Hadisə 27 dekabr axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə 1 uşağın mənzildə bağlı qapı arxasında köməksiz qalması haqda məlumat verilib. Qurumun xilasetmə qüvvələri əraziyə cəlb olunub. Nəzarətsiz qalmış uşaq xilas edilib.