Sumqayıtda 1 nəfər bağlı qapı arxasında köməksiz qalıb. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə verilən məlumatdan sonra ünvana xilasetmə qüvvələri cəlb olunub. FHN-in əməkdaşları vətəndaşa köməklik göstəriblər.