Xocalı Faciəsinin 30 illiyinə həsr olunmuş “O gecə olmasaydı” adlı rəsm, poster və inşa müsabiqələrinə start verilir. Bu haqda Sumqayıt Gənclər Evi məlumat yayıb.
Müsabiqəyə 15-25 yaş arası gənclər (yalnız Sumqayıt Gənclər evinin könüllüləri) müraciət edə bilərlər. Rəsm ölçüsü A4 formatında təqdim edilməlidir.
Son müraciət tarixi 24 fevral saat 18:00. Posterləri və inşaları [email protected] ünvanına göndərməyiniz, rəsmləri isə Sumqayıt Gənclər evinə təqdim etməyiniz xahiş olunur.