Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Sumqayıt24 bu haqda 27 noyabr tarixində xəbər verir.
Sumqayıtdakı yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər də sözügedən karvanda yer alıblar. Onlar bu gün Qaradağ rayonundan yola düşüblər.
Qeyd edək ki, İndiyədək Füzulidə 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.