“Zəka dolu Əyləncə” adlı tədbir baş tutub. Sumqayıt24 bu barədə 27 noyabr tarixində xəbər verir.
“Azertexnolayn” MMC yarışmada 10 komanda ilə təmsil olunub. Tədbir “Nə? Harada? Nə zaman?” oyunu formatında keçirilib.
Nəticədə birinci və üçüncü yerin sahibləri “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodu" və “Mərkəz” komandaları seçilib. Bununla da, “Azertexnolayn” yarışmanın əsas qalib şirkəti olub.
Qeyd edək ki, şirkət Sumqayıt Kimya Sənaye Parkının (SCIP) rezidentidir.