Sumqayıt Gənclər Evinin "Felina" komandası intellektual yarışın finalında iştirak edib. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 xəbər verir.
"GINius" intellektual oyununda 36 komanda 7 tur boyunca müxtəlif mövzular üzrə bilik mübarizəsi aparıb. Sumqayıtı təmsil edən "Felina" komandası yarışı 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Bakı Gənclər Evinin “Sinaps” komandası ən çox xal toplayaraq birinci olub. Sabunçu Gənclər Evinin "Boom Şaka Laka" komandası yarışı ikinci, Şirvan Gənclər Evinin "Next" komandası isə üçüncü pillədə başa vurub. Turnir "Fibonacci Games" tərəfindən təşkil edilib.