Sumqayıtda yeni dayanacaqlar quraşdırılıb. Sumqayıt24 bu haqda 24 noyabr tarixində xəbər verir.
İşlər Sumqayıt şəhər İcra Hakimiyyəti və SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə aparılıb. Məlumata görə, şəhərin ən uzun küçəsi olan Səməd Vurğunda növbəti 8 dayanacaq qoyulub.
Qeyd edək ki, minlərlə sakin küçənin sənaye zonasından keçən hissəsində avtobuslardan istifadə edir. Buradan 3 müntəzəm marşrut xətti keçir.