“Sumqayıt”ın U-11 komandası beynəlxalq turnirin qalibi olub.
Sumqayıt24 xəbər verir ki, yarış Göygöldə keçirilib. Futbolçularımız qrup mərhələsində “Kayrat”ı (Qazaxıstan) 3:0, “Paxtakor”u (Özbəkistan) 2:0 və “Kəpəz”i 6:1 məğlub edib, "Turan Tovuz"la isə 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Musa Rəhimovun yetirmələri yarımfinalda Qazaxıstanın “Kaspiy” klubunu penaltilər seriyasında, finalda isə "Turan Tovuz"u 6:1 yeniblər.