Tanınmış inşaatçı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Vəliyeva dünyasını dəyişib. Sumqayıt24 bu haqda 30 noyabr tarixində xəbər verir.
Gülbahar Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib.
“Oktyabr inqilabı”, “Əmək Şöhrəti”, “Şöhrət” ordenlərinə layiq görülüb. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medal, fəxri fərmanlarla təltif olunub.