“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev açıqlama verib. Sumqayıt24 bu haqda 5 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
O bildirib ki, yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk olaraq hansı oyunun keçiriləcəyi məlum deyil. Xudiyevin sözlərinə görə, arenada tamamlanma işləri davam edir:
"Müxtəlif ehtimallar var. Bunlar işlərin gedişatına görə dəyişə bilər. Hazırda orada çəkiliş üçün meydança-platformalar quraşdırılıb, media nümayəndələri üçün xüsusi sektor hazırlanıb. Bununla belə bir sıra nüanslar var ki, onlar üzərində iş gedir. İstənilən halda, görüləcək işlərin zaman alacağını düşünmək olar".