top
Sumqayıtın üç qəhrəman şəhidinin xatirəsi anılır
15 may 2026, 10:30
- ↺ +

Sumqayıtın üç qəhrəman şəhidinin xatirəsi anılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün sumqayıtlı şəhidlərimizin doğum günüdür. 

Elnur Əli oğlu Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonundandır.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü topçu olaraq iştirak edib. Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Elnur Allahverdizadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Tərlan Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Fətullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 25-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Tərlan Fətullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***
Rövşən Təhməzov 15 may 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. 

Rövşən Təhməzov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Rövşən Təhməzov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
23 oktyabr 2026, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
23 oktyabr 2026, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
23 oktyabr 2026, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
23 oktyabr 2026, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Oxşar xəbərlər