Sumqayıtlı məktəblilər “Sozvezdiye Evrope-Azia. Winter Tune” adlı beynəlxalq musiqi festivalında nailiyyət qazanıb. Bu haqda bu gün, 11 mart tarixində Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Festival Belarusiyanın Minsk şəhərində onlayn formatda keçirilib. Məlumata əsasən, sözügedən məktəbin fortepiano ixtisası üzrə 4-cü sinif şagirdi Aydan Əliyeva 1-ci yerə, 3-cü sinif şagirdi isə İsmayıl Şahbazlı 2-ci yerə layiq görülüblər. Onların hər ikisi Laureat adını qazanıblar.
Şagirdləri festivala müəllimləri Gülbəniz Həsənova hazırlayıb.