Dövlət İmtahan Mərkəzi "Peşəkar mühasib sertifikatı” imtahanı keçirib. Sumqayıt24 bu haqda 25 noyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Burada baş mühasiblər iştirak ediblər. Ümumilikdə imtahanlar MHBS, KOS MHBS və İS MUBS istiqamətləri üzrə baş tutub. Nəticədə, "Xeropc” MMC-də baş mühasib vəzifəsində çalışan, "Barattson” tələbəsi olan sumqayıtlı kadr Ramiq Şaqavatov "PMS I mərhələ KOS üçün MHBS” imtahanında ölkə birincisi olub.