Sumqayıt məktəbinin tarix müəllimi Suqra Cəfərovanın təşəbbüsü ilə “Qlobal Kənd Dil Kampı” layihəsi həyata keçirilir. Sumqayıt24 bu haqda Qafqaz TV-yə istinadən xəbər verir.
Layihə çərçivəsində Qusar rayonu İmamqulukənd tam orta məktəbində şagirdlərə oyun və əyləncəli metodlarla ingilis dili dərsləri keçirilib. Tədris prosesinə 75 şagird, 15 müəllim, 10 könüllü, 15 himayəçi ailə cəlb olunub.
Layihə sosial şəbəkələrdə toplanan vəsait hesabına start götürüb. Daha sonra onlara 100-ə yaxın kitab və digər məktəbli ləvazimatları hədiyyə edilib.