Sumqayıt şəhər 1 nömrəli və Bakı Şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Bu haqda bu gün, 24 fevral Bakı şəhər üzrə Təhsil İdarəsi məlumat yayıb.
Tədbir şagirdlərin hazırladıqları rəsm və əl işlərindən ibarət sərgiyə baxışla başlanılıb. İştirakçılara Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Bundan sonra məktəblilərin ifasında ədəbi bədii-kompozisiya tədqim edilib. Tədbir zamanı Xocalı faciəsindən 30 il keçməsindən bəhs olunub. Buna baxmayaraq, Azərbaycan xalqı o dəhşətli faciənin ağrısı ilə yaşayır, həlak olanların xatirəsini dərin ehtiramla yad edir.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, BŞTİ-nin və Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Sumqayıt şəhər 1 nömrəli UGİM-in direktoru Əntiqə Rzayeva, Bakı şəhəri 4 nömrəli UGİM-in direktoru Gülarə Quluzadə, yazıçı Əvəz Mahmud, Əməkdar artist Nadir Xasiyev, soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.