Sumqayıtlı şəhidin adına uşaq bağçası açılıb. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Şəhid İzzət Həmidovun adını daşıyacaq “Fidan Kids Land 2” bağçası Bakının 7-ci mikrorayon ərazisində yerləşir. Təntənə ilə keçən açılış mərasimində Həmidovun anası Vəfa xanım, qazilər və ictimai fəallar iştirak ediblər.