Sumqayıtlı məktəblilər “Şuşanın dağları” adlı yaradıcılıq festival-mahnı müsabiqəsində uğurla iştirak ediblər. Bu haqda bu gün, 20 aprel tarixində sosial şəbəkələrə istinadən xəbər veririk.
Məlumata əsasən, mahnı nominasiyası üzrə Kənan Əliyev 1-ci yerə, Aysun Əliyeva isə 2-ci yerə layiq görülüblər. Onlar diplomla təltif olunublar. Şagirdləri yarışmaya Ülkər Xəlilova hazırlayıb.
Müsabiqə 1 nömrəli Uşaq - Gənclər İnkişaf məktəbi və Sumqayıt şəhər 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.