Saray qəsəbə sakini Təcili Tibbi Yardım xidmətinin keyfiyyətindən narazıdır. Sumqayıt24 bu haqda 8 dekabr tarixində ATV News-a istinadən xəbər verir.
O, 36 dəqiqə “103” Çağrı Mərkəzinə zəng etməyə çalışıb. Operator isə onu gah Sumqayıta, gah da Xırdalana yönləndirib. Xırdalandakı nömrələrdən isə cavab verən olmayıb.
TƏBİB məsələyə aydınlıq gətirib. Qurumdan bildirilib ki, “103” xidmətinin əhatə dairəsi genişdir:
“Abşeron rayonundan edilən çağırışlar Bakı və Sumqayıta da daxil olur, daha sonra vətəndaşlara Abşeron rayon Mərkəzi xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin nömrəsi təqdim edilir. Bu səbəbdən də çağırışlar gecikə bilir. Saray qəsəbəsində yaşanan problem araşdırılır”.
Həmçinin bildirilib ki, Təcili Tibbi Yardım stansiyalarına müraciət edən əhalinin artımı da gecikmələrə təsir edir.