Sumqayıtda ahıl qadını maşın vurub. Sumqayıt24 bu haqda 2 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Qəza H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, Həsrət Cəfərquliyev idarə etdiyi “Qaz 31” markalı avtomobillə yolu keçən 72 yaşlı piyada Minayə Hümbətovanı vurub. Qadın xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.