Sumqayıtda “Uğurlu sabah naminə hüquqlarımızı öyrənək” adlı tədbir keçirilib. Bu haqda Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Görüş Mərkəzi Uşaq Kitabxanasında baş tutub. Burada şəhərimizin tanınmış hüquqşünası, Vəkillər Kollegiyasının və kitabxana ilə əməkdaşlıq edən “Dostlar klubu”nun fəal üzvü Azər Əzizov çıxış edib. 12 nömrəli məktəbin 5e və 7b siniflərinin şagirdləri və onların müəllimləri isə onu diqqətlə dinləyiblər.
Kitabxananın baş mütəxəssisi Leyla Mahmudova iştirakçılara uşaq hüquqlarının yaranması tarixi və bu sahədə ətraflı məlumat, sonra isə mövzu ilə bağlı tərtib edilmiş “Kiçik uşaqların böyük hüquqları” adlı kitab sərgisi haqqında qısa xülasə verib.
Vəkil Azər Əzizov çıxış edərək, Azərbaycanda uşaq hüquqlarına dair müdafiə mexanizmləri, uşaqların ictimai həyatındakı rolu, onların təhsil, istirahət, əmək və s. hüquqlarının qorunması barədə danışıb.
Sonda, vəkil uşaqların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb.