Yeni ildə 7 gün iş olmayacaq. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Nazirlər Kabinetinin qərarına əsasən, 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq cari ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar qeyri-iş günləri olacaq.