Sumqayıt Dövlət Dram Teatrında “Şuşa ili” ilə əlaqədar tədbir keçirilib. Bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Tədbirdə S. Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi musiqi nömrələri ilə çıxış edib. Onların ifasında “Qarabağ şikəstəsi”, “Azərbaycan”, “Mənim Azərbaycanım”, “Xudayar təsnifi”, “Qarabağım” musiqiləri və “Bayraq” şeiri səsləndirilib. Fortepianoda və tarda “Vətən haqqında ballada”, məktəbin qızlar xorunun ifasında “Şuşa süitası”, məktəbin vokal qrupunun ifasında “Azərbaycan”, sazçalanlar ansamblının ifasında “Paşaköçdü havası”, skripkaçalanlar ansamblının müşayiəti ilə Taleh Rəsulovun ifasında “Sən əbədi bir ocaqsan” və digər musiqi nömrələri səslənib.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxış ediblər.