Sumqayıtda Vətən müharibəsi şəhidi Hüseyn Yusifovun anım tədbiri keçirilib. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir şəhidin təhsil aldığı Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində baş tutub. Burada şəhidin doğmaları və yaxınları onun haqqında öz xatirələrini bölüşüblər. Məktəbin şagirdləri bədii proqramla çıxış ediblər.
Mərasimin yekununda son söz məktəbin direktoru Samir İsmayılova verilib. O, şəhidimizin anasına məktəbin rəsm şöbəsinin müəllimi Əli Qaffarlının hazırladığı Hüseynin portretini bağışlayıb.