Sumqayıt uşaq incəsənət məktəbinin şagirdləri Olimpiadada iştirak edib. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Müsabiqə Bakı şəhərində keçirilib. S. Rüstəmov adına 3 nömrəli UİM-in fortepiano şöbəsinin 1-ci sinif şagirdi Zəhra Qənbərli və 5-ci sinif şagirdi Fidan Sultanova 1-ci, 6-cı sinif şagirdi Aysel Əlipaşayeva isə 2-ci yerə layiq görülüblər. Onlar medal və diplomla mükafatlandırılıblar.
Şagirdləri “İncəsənət Olimpiada”sına müəllimləri Esmira Cabbarova və Simnarə Şərifova hazırlayıb.