Q. Qarayev adına Sumqayıt şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi sertifikatla mükafatlandırılıb. Sumqayıt24 bu haqda 30 dekabr tarixində xəbər verir.
Təhsil ocağı ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsində və "Musiqi aləmində" jurnalının təqdimatında müəllim-şagird kollektivinin fəal iştirakına görə təltif olunub.