Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində bayram konserti keçirilib. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunub. Konserti Nəzəriyyə şöbəsinin müəllimi Ülviyyə Cəlalova açıq elan edib. Məktəbin bütün şöbələrinin müəllim və şagirdlərinin ifasında rəngarəng bayram nəğmələri səsləndirilib.
Sonda məktəbin direktoru Vüqar Hacıyev müəllim və şagirdləri bayram münasibətilə təbrik edib, öz təşəkkürünü bildirib.